İbrahim Tatlısesin qızı kamera önünə keçdi

7 Sentyabr 2014 15:06 (UTC+04:00)

Türkiyəli müğənni Dilan Çitak "Çık Dışarı" adlı mahnısını ekranlaşdırıb. SİA-nın verdiyi xəbərə görə, rejissorluğunu Serdar Sekinin etdiyi klip 40 nəfərlik heyətlə 18 saata çəkilib. Çəkilişlərdə rəqs qrupu da iştirak edib.

Qeyd edək ki, Dilan Çıtak bir il yarım bundan əvvəl İbrahim Tatlısesin qızı olduğu iddiası ilə gündəmə gəlmişdi.