Məryəm Üzərli sevgilisi ilə barışdı?

7 Sentyabr 2014 11:32 (UTC+04:00)

"Hürrəm Sultan" obrazı ilə hər kəsin ürəyinə yol tapan tanınan aktrisa Məryəm Üzərli sevgilisi Can Atəşlə barışıb. SİA-nın verdiyi xəbərə görə, Can qızı Laranı görmək üçün Berlinə gedib. Daha sonra Atəş Üzərlinin doğum günündə ona gül göndərib. Yeni layihəsi üçün Türkiyəyə gedəcək aktrisa bu jestlərinə görə keçmiş sevgilisini bağışlayıb. İstanbula gəldikdən sonra yenidən Canla birlikdə yaşayacağı iddia edilən Məryəmin hazırda onunla tətildə olduğu deyilir. Bir neçə gün öncə Can Atəş Berlindən İspaniyaya qızı və bir dostu ilə gedən Üzərlinin yanına yollanıb. Köhnə sevgililərin birlikdə İspaniyadakı adaları gəzdiyi və bir müddət tətili davam etdirəcəkləri deyilir.