Vüqar Bayramov: “Azərbaycan heç bir xarici bazardan asılı vəziyyətdə qalmayacaq” AÇIQLAMA

6 Sentyabr 2014 14:00 (UTC+04:00)

"TANAP layihəsi ilə Azərbaycan bir neçə enerji layihəsinin icrasını həyata keçirir. 2013-cü ilin dekabrın 17-də Cənab Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan dünyanın ən böyük investisiya layihəsinə, "Şahdəniz-2" layihəsinin işlənməsi ilə bağlı layihəyə imza atdı". Bunu SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov söyləyib.

Onun sözlərinə görə, bununla da Azərbaycan dünyada ən böyük investisiya layihəsini reallaşdırıb: ""Şahdəniz-2" tikinti bazasının işlənməsi üçün 45 milyard manat investisiya qoyulacaq və bu Azərbaycanın mavi qazının Avropa bazarına çıxarılması deməkdir. TANAP layihəsinin Azərbaycan qazının Türkiyə bazarına çıxarılması deməkdir. Bu layihənin həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyəti var. İqtisadi üstünlüyü ondan ibarətdir ki, Azərbaycan öz mavi qazını Türkiyəyə satacaq. Bu da ona Azərbaycanın əldə etdiyi gəlirlərin daha da artırılmasına imkan verəcək. Həmçinin Türkiyənin mavi qaz asılılığının aradan qaldırılmasına və iqtisadiyyatının daha da güclənməsinə töhfə versin. Azərbaycan fərqli layihələrdən istifadə etməklə heç bir bazardan asılı vəziyyətdə qalmayacaq. Əksinə bəzi dövlətlərin bazarları Azərbaycandan asılı vəziyyətə gələcək. Bu da Azərbaycanın maraqlarına, şərtlərinə çox uyğundur. Nəzərə alsaq ki, Azərbaycan ötən il 29 milyard kubmetr mavi qaz hasil edib və "Şahdəniz"in istifadəyə verilməsi Azərbaycan mavi qaz hasilatının 40 milyard kubmetr yüksəlməsinə qədər gətirib çıxarıb. Bu da imkan verəcək ki, Azərbaycan artıq mavi qaz ixracatını kəskin şəkildə artırsın. TANAP həm də uzunmüddətli layihədir. 2022-ci ildə "Abşeron" yatağının istifadəyə verilməsi ilə Azərbaycan mavi qazının Türkiyə və Avropa bazarına çıxarılmasına imkan verəcək. TANAP layihəsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Əsrin müqaviləsinin strategiyasının 20 illiyinə həsr olunub və bu birmənalı şəkildə Azərbaycan artıq növbəti 20 ildən sonra ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu cür enerji strategiyasına daxil olub. Azərbaycan nəinki regionda, hətta beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə imkan verəcək".