I Divizionda oyunlara start verilib

6 Sentyabr 2014 12:40 (UTC+04:00)

Futbol üzrə Azərbaycan I Divizionunda yeni mövsümə start verilib. SİA-nın məlumatına görə, ilk turun açılış oyununda "Şəmkir" doğma meydanda "Turan-T" ilə qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən "Şəmkir" mövsümə qələbə ilə başlayıb.

"Şəmkir" 3:1 "Turan-T"
(Emin Pənahov, 68; Ravil Müslümov, 80; Qeyrət Qənbərov, 90+3 // Eltay Tağıyev, 83)