İlk ictimai kitabxana-qiraətxananın yubileyi qeyd olunacaq

6 Sentyabr 2014 11:06 (UTC+04:00)

Bakıda ilk ictimai kitabxana-qiraətxananın yaranmasının 120 illik yubileyi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) tədbirlər planı təsdiq olunub. SİA-nın verdiyi məlumata görə, bu əlamətdar hadisə münasibətilə sentyabr ayı ərzində M.Ə.Sabir adına mərkəzi şəhər kitabxanasında BŞMTİ-nin, eləcə də Səbail, Binəqədi, Nəsimi, Nərimanov, Yasamal, Suraxanı, Qaradağ, Sabunçu, Xəzər, Xətai, Nizami rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində müxtəlif tədbirlər keçiriləcək.