“Biz bunun hərbi yolla həllini görmürük” MÜNASİBƏT

5 Sentyabr 2014 17:42 (UTC+04:00)

"Biz NATO-dan hələ elə bir şey gözləmirik". Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyə prezidenti NATO-nun Azərbaycanla bağlı öhdəliklərini yerinə yetirməyə çağırmasına və bu öhdəliklərin yerinə yetirilərsə, Azərbaycanın hansı dividentlər əldə edə bilməsi fikri ilə bağlı SİA-nın sualını cavablandırarkən deyib.

PA rəmisinin sözlərinə görə, NATO artıq özü bəyan edir ki, o bu məsələlələrə yaxından qarışmayacaq: "Əslində elə başqa yerlərdə də NATO özünü daha çox siyasi qurum kimi təqdim edir. Bizim üçün vacib olan odur ki, NATO da beynəlxalq təşkilat kimi ilk dövrlərdən bu günə kimi və bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməlidir. Əsas olan da məhz budur. Bunu Türkiyə prezidenti də qeyd edir. Biz bu istiqamətdə birlikdə fəaliyyət göstəririk.

NATO sammitinin Rusiyaya qarşı ittihamlarla başlaması alynasın hərbi addımlar atması ilə nəticələnə bilərmi fikrinə də toxunan Xarici əlaqələr şöbəsinin müdiri deyib ki, onların özləri bununla bağlı mövqe bildirirlər: "ABŞ prezidenti Barak Obama Avropalılara deyib ki, bu proseslər sülh yolu ilə həll edilməlidir. Biz bunun hərbi yolla həllini görmürük. Artıq bunu onların özləri dəfələrlə qeyd ediblər".