Ərdoğan: “NATO Azərbaycana verdiyi vədləri yerinə yetirməlidir”

5 Sentyabr 2014 16:54 (UTC+04:00)

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində Dağlıq Qarabağdan danıışıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti çıxışı zamanı bildirib ki, NATO Azərbaycana verdiyi vədlərə əməl etməldir

"NATO Azərbaycana verdiyi vədləri yerinə yetirməlidir. Dağlıq Qarabağ problemi Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə həll olunmalıdır"- deyə, Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti NATO-da Suriya və iraqda baş verənlər haqqında da fikirlərini bildirib.