“Neftçi” Arif Əsədova tapşırıldı

4 Sentyabr 2014 23:18 (UTC+04:00)

Bakının "Neftçi" futbol komandasının baş məşqçisi vəzifəsinə Arif Əsədov təyin olunub. Klubdan bildiriblər ki, mütəxəssis ilə ikiillik müqavilə imzalanıb. Elmir Xankişiyev isə köməkçi məşqçi vəzifəsinə təyin edilib.

"Neftçi"nin prezidenti Sadıq Sadıqov Arif Əsədovu sentyabrın 4-də məşqçi və futbolçu heyətinə təqdim edib. Klub prezidenti ona yeni işində uğurlar arzulayıb.

Arif Əsədov ona göstərilən etimada görə klub prezidentinə təşəkkürünü bildirib. Mütəxəssis qeyd edib ki, bu komanda həmişə mənim üçün doğma olub. Həm futbolçu, həm də məşqçi kimi "Neftçi"də püxtələşmişəm. Bu komandanın hər zaman yüksək yerlər uğrunda mübarizə apardığını bilirəm. Bu komandada çempionluq sevinci yaşamışam. Çalışacağıq ki, "Neftçi"nin ötən mövsümdə çempionatdakı uğursuzluğunu unutduraq.