Yeniyetmələr arasında taekvondo üzrə yarışlar başlanıb

4 Sentyabr 2014 18:51 (UTC+04:00)

Sentyabrın 4-də 2000-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında yeniyetmələrin IX Respublika Oyunlarının proqramına daxil olan taekvondo idman növü üzrə yarışlar başlanıb. Yarışlar Gənclər və İdman Nazirliyinin və Azərbaycan Taekvondo Federasiyasının (ATF) birgə təşkilatçılığı ilə keçirilir.

Azərbaycan Taekvondo FederasiyasIndan bildiriblər ki, Şağan Olimpiya və İdman Kompleksində keçirilən turnirdə paytaxtda fəaliyyət göstərən taekvondo bölmələrinin yeniyetmə oğlan və qız idmançıları 12 çəki dərəcəsində qüvvələrini sınayırlar.

Yarışlar ardıcıllıqla sentyabrın 13-dən 16-dək Sabirabad, həmin ayın 17-dən 20-dək isə Balakəndə keçiriləcək.

Zona yarışlarında birinci, ikinci, üçüncü yerlərə layiq görülmüş idmançılar sentyabrın 24-dən 27-dək Qəbələdə təşkil ediləcək final mərhələsində iştirak edəcəklər.

Final mərhələsinin sonunda qaliblər Gənclər və İdman Nazirliyinin diplom, medal və müxtəlif hədiyyələri ilə mükafatlandırılacaqlar.