Sammit başlayıb

4 Sentyabr 2014 16:57 (UTC+04:00)

Bu gün Uelsin paytaxtı Kardiff şəhərində NATO-nun ənənəvi illik sammiti başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sammitdə ittifaq üzv olan 28 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 27 tərəfdaş ölkənin yüksək rütbəli nümayəndələri iştirak edir.

Sammitin gündəliyində Yaxın Şərqdəki vəziyyət, Ukrayna böhranı, İŞİD terror təşkilatı ilə mübarizə məsələləri yer alıb. a Kardiffdə Dağlıq Qarabağ məsələsinə dair müzakirələrin olacağı da gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sammitdə iştirak edir.