Məşhur cütlük toy fotolarını 2 milyona satdı FOTOLAR

4 Sentyabr 2014 16:05 (UTC+04:00)

Bred Pitt və Ancelina Coli cütlüyü toy fotolarını media nümayəndələrinə baha qiymətə satıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cütlük "People" və "Hello" jurnallarında yayımlanan toy fotoları üçün 2 milyon dollar əldə edib.

Qeyd edək ki, cütlük daha öncə 2006-ci ildə dünyaya gələn qızlarının ilk fotosunu 4 milyon dollara bir jurnala satıb və əldə etdikləri gəliri xeyriyyə işləri üçün istifadə ediblər.