Allahşükür Paşazadə ordenlə təltif edildi

4 Sentyabr 2014 14:58 (UTC+04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB müsəlmanlarının Məşvərət Şurasının sədri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni Fransisk Skorina ordeni ilə təltif edib. QMİ-dən SİA-ya verilən məlumata görə, A. Paşazadə bu mükafata Belarus-Azərbaycan dövlətlərarası dialoqun inkişafına verdiyi əhəmiyyətli şəxsi töhfəsi, Belarus və Azərbaycan arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki fəaliyyəti və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə layiq görülüb.