Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq gedir

3 Sentyabr 2014 22:07 (UTC+04:00)

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündə iştirak etmək üçün Bakıya gəlmiş Avropa Şurasının demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan Kristof Basla görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə 2015-ci ildə Bakıda keçiriləcək üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq məsələləri, həmçinin paytaxtımızda 2016-cı ildə təşkil olunacaq BMT Sivilizasiyalar Alyansının növbəti forumu və digər perspektiv istiqamətlərdə əsas müzakirə mövzusu olub.