Qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib və münasibətlərimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.