Ceyms Uorlik NATO sammitində iştirak edəcək

3 Sentyabr 2014 10:47 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik NATO sammitində iştirak etmək üçün Uelsə yola düşüb. SİA-nın xəbərinə görə, diplomat bu barədə özünün "Twitter" səfhəsində yazıb.

Statusda deyilir: "Bu gün NATO sammiti üçün Uelsə gedirəm".

Xatırladaq ki, NATO sammiti Uelsdə 4-5 sentyabr tarixlərində keçiriləcək.