Bu günün tarixi

3 Sentyabr 2014 10:27 (UTC+04:00)

Miladi: 03 sentyabr 2014
Hicri: 7 Zilqədə 1435

İlin 246-cı günü
İlin sonuna 119 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05:56
Günəş - 07:09
Zöhr - 13:44
Əsr - 17:55
Məğrib – 20:26
İşa – 21:48

1034 – Yaponiya imperatoru Qo-Sanco anadan olub (ö. 1073)

1260 – Ərəblər və məmlüklər arasında Ayn-Cəlut döyüşü baş verib.

1588 – Gəncə qalası tikdirilib.

1683 – Osmanlı ordusu Bağdad səfəri üçün Diyarbəkirə toplanıb

1693 – Çarlz Redklif anadan olub – Britaniyalı siyasətçi (ö. 1746)

1783 – Britaniya ABŞ-ın müstəqilliyini tanınıb.

1783 – Qambiya İngiltərənin tabeliyinə keçib.

1791 – Fransada ilk konstitusiya qəbul olunub.

1810 – Pol Keyn – Kanada rəssamı (ö. 1871)

1843 – ilk yunan konstitusiyası qəbul olunub.

1859 – Şeyx Şamil Dağıstandan Sankt-Peterburqa gətirilib.

1869 – Fritz Preql – sloven kimyaçı, Nobel mükafatı laureatı (ö. 1930)

1869 – İstanbulda yeni nəqliyyat növü – konka istifadəyə verilmişdir

1875 – Ferdinand Porşe anadan olub – avstriyalı avtomobil mühəndisi (ö. 1951)

1897 – Bazeldə beynəlxalq sionist təşkilatının ilk qurultayı keçirilib.

1897 – Salli Benson anadan olub – amerikan yazıçısı (ö. 1972)

1899 – Frank Makfaleyn Börnet anadan olub – Avstraliya bioloqu, Fiziologiyada və ya Tibbdə Nobel mükafatçısı (ö. 1985)

1912 – Londonda dünyanın ilk konserv zavodu istifadəyə verilib.

1914 – Hərb tarixində ilk dəfə alman sualtı qayığı ingilis gəmisini batırıb.

1914 – Amerikalı Meri Felips ilk büstqalteri hazırlamışdır, 1915-ci ildə isə onu patentləşdirib.

1928 – Aleksandr Fleminq penisillini kəşf edib.

1933 – Sovet alpinisti Yevgeni Abalakov Pamirin ən yüksək zirvəsinə – Stalin pikinə (7 495 metr) qalxıb.

1939 – II Dünya Müharibəsi: ABŞ öz neytrallığını elan edib.

1943 – II Dünya Müharibəsi: İtaliya İkinci Dünya Müharibəsində təslim olub

1944 – II Dünya Müharibəsi: Brüssel faşist qoşunlarından azad edilib.

1952 – Türk bayrağı Ağrı dağının zirvəsinə sancılıb.

1962 – İranda zəlzələ nəticəsində 12 000 nəfər həlak olub.

1967 – İsveçrədə sağtərəfli hərəkətə keçilib.

1971 – Qərbi Berlinin statusuna dair SSRİ, ABŞ, Fransa, İngiltərə dördtərəfli sazişi imzalanıb.

1978 – Viking-2 zondu Marsa enir

1995 – eBay saytı yaranıb.

1996 – ABŞ İraq hərbi obyektlərinə zərbələr endirib.

2000 – Rafik Əl-Həriri Livanın baş naziri seçilib.

2004 – Beslanda girovlar azad edilməsi üçün keçirilən xüsusi əməliyyatda 344 nəfər həlak olub.

2008 – Nikaraqua prezidenti Daniel Orteqa Abxaziya və Osetiyanın "müstəqilliyini" tanııb.