U-21-in heyətində dəyişiklik edilib

3 Sentyabr 2014 00:25 (UTC+04:00)

Avropa çempionatının seçmə oyunları çərçivəsində sentyabrın 3-də İsrail, bu ayın 9-da isə Portuqaliya yığması ilə görüşəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. AFFA-dan bildiriblər ki, Hacı Əhmədov (Qarabağ) və Orxan Sadıqlı (Xəzər-Lənkəran) zədəli olduqları üçün oyunlarda iştirak etməyəcəklər. Əvəzində "Qarabağ" klubundan Ağaseyid Qasımov yığmaya dəvət olunub.