Viza rejiminin tətbiqində heç bir dəyişiklik yoxdur

2 Sentyabr 2014 20:16 (UTC+04:00)

Azərbaycan ilə Türkiyə arasında sadələşdirilmiş viza rejiminin tətbiqində heç bir dəyişiklik yoxdur. Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayevin azərtac-a verdiyi məlumata görə, iki qardaş ölkə arasında mövcud sadələşdirilmiş viza rejimi bu günə qədər tətbiq olunduğu qaydada davam etdirilir. Viza rejiminin dəyişdirilməsinə dair səfirliyin mətbuat xidmətinə istinadla yayılmış məlumatlar siyasi təxribat xarakterli şayiədən başqa bir şey deyil.

Sabir Şahtaxtı