Elmar Məmmədyarov Norveçin yeni səfirini qəbul edib FOTO

2 Sentyabr 2014 17:03 (UTC+04:00)

Sentyabrın 2-də xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycan Respublikasına təyin olunmuş yeni səfiri Bard İvar Svendseni qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş əsnasında iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. E. Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb. B. İ. Svendsen iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.