Qazaxıstanlı jurnalistlər BDU-da olub FOTO

2 Sentyabr 2014 16:26 (UTC+04:00)

Azərbaycan-Qazaxıstan əlaqələri, ümumilikdə respublikamız və paytaxt Bakı haqqında yazılı və video material hazırlayan qazax jurnalistləri Bakı Dövlət Universitetində olublar. SİA-nın xəbərinə görə, qonaqlar BDU-nun nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarix və mədəniyyət Mərkəzi ilə tanış olublar.

Azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə yaradılan Mərkəz haqqında geniş məlumat əldə edən jurnalistlər, eyni zamanda Azərbaycan ali məktəblərinin flaqmanı olan BDU-nun fəaliyyəti ilə də tanış olublar.