Ötən ay Ceyhan limanından 1 milyon 942 min 635 ton xam neft ixrac edilib

2 Sentyabr 2014 13:42 (UTC+04:00)

ARDNŞ 2014-cü ilin avqust ayında Novorossiysk limanından 84 min 760 ton, Supsa limanından 242 min 76 ton, Ceyhan limanından 1 milyon 942 min 635 ton xam neft ixrac edib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-avqust ayları ərzində Novorossiysk limanından 677 min 785 ton, Supsa limanından 2 milyon 29 min 456 ton, Ceyhan limanından isə 13 milyon 909 min 977 ton xam neft ixrac edilib. ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.