Kitabxanada yanğın baş verməyib TƏKZİB

2 Sentyabr 2014 13:26 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Cəfər Cabbarlı adına kitabxanada yanğın baş verməsi haqqında məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin "101" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda Cəfər Cabbarlı adına kitabxanada yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə DYMX-nin müvafiq qüvvələri cəlb edilib, lakin göstərilən ünvanda yanğın hadisəsi aşkar olunmayıb.