Aktyor xəstəxanalıq oldu

2 Sentyabr 2014 13:12 (UTC+04:00)

Türkiyənin məhşur aktyoru Kadir İnanırdan bəd xəbər var. SİA-nın verdiyi xəbərə görə, tanınmış aktyor xəstəxanaya yerləşdirilib. Belə ki, Hakkaridə qatıldığı tədbirlərdən birində onun qəflətən halı pisləşib. Aktyoru təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar.

Qeyd edək ki, K.İnanırın yüksək təzyiqdən əziyyət çəkdiyi bildirilir. Həkimlər hazırda aktyorun vəziyyətinin yaxşı olduğunu söyləyiblər.