Azərbaycan sahibkarları Rusiyada keçirilən sərgiyə dəvət olunur

2 Sentyabr 2014 12:47 (UTC+04:00)

Rusiyada V Regionlararası aqrosənaye sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, sərgi sentyabrın 3-5-də Yekaterinburq şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar. Sərgidə iştirak etmək istəyən iş adamları Azpromo-ya müraciət edə bilərlər.