Əkiz bacılar “Ürəyim” dedi

2 Sentyabr 2014 11:07 (UTC+04:00)

Sevinc və Sevil bacıları "Ürəyim" adlı mahnıya ekran işi verdiriblər. SİA-nın verdiyi xəbərə görə, bəstəni rejissor Nazim Şərbətov lentə alıb. Klipdə əkiz bacılar müğənni Rəqsanə İsmayılova və qızı Aysun İsmayılovanın hazırladığı libaslardan istifadə ediblər. Ekran işini Sevil və Sevincə "Xəzər" telekanalının rəhbərliyi hədiyyə edib.

Qeyd edək ki, "Ürəyim" adlı mahnının sözləri və musiqisi Tural Bayraməliyevindir.