Mövsümün ikinci festivalı olacaq

2 Sentyabr 2014 10:20 (UTC+04:00)

Oktyabr ayının əvvəllərində Gürcüstanın beynəlxalq mədəni həyatında mühüm əhəmiyyət daşıyan Tiflis Beynəlxalq Teatr Festivalı öz işinə start verəcək. SİA-nın verdiyi məlumata görə, oktyabr ayının 2-8-dək davam edəcək "Georgian Showcase + New Market of Caucasia and Black Sea Region" ("Gürcüstan vitrini + Qafqaz və Qara dəniz bölgəsi yeni teatr marketi") adlı festivalda teatr İsveç dramaturqu Lars Nurenin "Mən gəldim qızlar" ("Müharibə") tamaşası ilə çıxış edəcək.