“Dəcəl balam” jurnalının növbəti nömrəsinin təqdimatı olub

1 Sentyabr 2014 21:38 (UTC+04:00)

"Dəcəl balam" ailə və uşaq jurnalının ikinci nömrəsinin təqdimatı keçirilib. Tədbirdə "Dəcəl balam" MMC -nin direktoru Dilşad Musa nəşrin yeni nömrəsini qonaqlara təqdim edərək gələcəkdə jurnalda ediləcək yeniliklərdən söz açıb.

Bildirilib ki, jurnal fərqlilik yaratmaqla yanaşı, uşaqların tam görmək istədiyi formada dərc olunacaq, balacaların dünya görüşünün formalaşmasına, inkişafına təkan verəcək.