KBTM və “Dəmirbank” ASC Anlaşma Memorandumu imzalayıb

1 Sentyabr 2014 17:26 (UTC+04:00)

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) və "Dəmirbank" ASC arasında Anlaşma Memorandumu imzalanıb. Komitədən SİA-ya verilən xəbərə görə, Anlaşma Memorandumunda KBTM və "Dəmirbank" ASC arasında kapital bazarları sahəsində birgə həyata keçiriləcək müştərək layihələrin hazırlanması, habelə elmi-praktik konfransların təşkil olunması nəzərdə tutulur.

Memorandumda Kapital Bazarlarının tədrisi sahəsində əməkdaşlıq, qiymətli kağızlar bazarında tədrisin təşkili, informasiya texnologiyaları üzrə müəyyən bilik bazasının formalaşdırılması, ayrı-ayrı istiqamətlərdə peşəkar təlimlərin təşkil olunması və birgə əməkdaşlıq münasibətləri prioritet kimi müəyyənləşdirilib.