Beynəlxalq Teatr Festivalı keçiriləcək

1 Sentyabr 2014 16:01 (UTC+04:00)

12-20 sentyabr tarixlərində Belarus Respublikasının Brest şəhərində XVIII "Belaya Veja" ("Ağ qala") Beynəlxalq Teatr Festivalı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, festivala Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi də dəvət olunub. Kollektiv festivalda S.Bekketin eyniadlı pyesi əsasında hazırlanmış "Sözsüz" mono tamaşası ilə çıxış edəcək. Quruluşçu rejissoru İsa Əsədov olan tamaşanın əsas qəhrəmanı əməkdar artist Şövqi Hüseynovdur.