Səlim Abbasovu qınadılar

1 Sentyabr 2014 12:47 (UTC+04:00)

Əməkdar artist Səlim Abbasov özü haqqında maraqlı etiraf edib. SİA-ya açıqlama verən sənətçi onu qınayanların çox olduğunu dilə gətirib: "Bəzən sosial şəbəkələrdə iradlarlarla rastlaşıram. Deyirlər ki, oxuyur, skiripkada ifa edir, həm də oynayır. Ancaq mənim fikrimcə burda yaxşı olmayan heç nə yoxdur. Çünki səhnə adamı maraqlı olmalıdır ki, tamaşaçılar onu sevsin. Əgər yaxşı bacarıqlarım varsa, niyə də üzə çıxarmıyım? Onu da deyim ki, kimlərinsə məni sevməməyi normal haldır. Çünki hər bir sənətçinin bəyənəni və bəyənməyəni var".