Günay hansı kişi həmkarını təriflədi?

1 Sentyabr 2014 12:05 (UTC+04:00)

Müğənni Günay İbrahimli şou-biznesdə bəyəndiyi kişi həmkarından söz açıb. SİA-ya danışan xanım İbrahimli həmin kəsin adını da açıqlayıb: "Bildiyiniz kimi, sənətçilər arasında səviyyəli insanlar çox azdır. Yaxşı ifaçılar siyahısına Emin Bədəlovu aid edə bilərəm. Çünki o kəsi sənətə gələndə necə sadə tanıyırdıqsa, hazırda da elədir. Onu da deyim ki, Eminin özünə və ailəsinə böyük hörmətim var. Çox gözəl ailə başçısıdır. Onun kimi həmkarlarım çox azdır".