Elçin Mirzəbəyli “Azadlıq” qəzetindən danışdı

1 Sentyabr 2014 11:06 (UTC+04:00)

"Keçirilən müşavirədə səsləndirilən fikirlər Azərbaycanın informasiya məkanının təhlükəsizliyindən, dövlət maraqlarının qorunmasından bəhs edib". Bu fikirləri SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ötən həftə Ramiz Mehdiyevin KİV rəhbərləri ilə keçirdiyi müşavirəsi barədə "Azadlıq" qəzetinin sösügedən müşavirə ilə bağlı dezinformasiya yaymasına və qeyri-obyektiv fikirlər səsləndirilməsinə münasibət bildirərkən deyib.

Elçin Mirzəbəyli həmçinin qeyd edib ki, "Azadlıq" qəzetinin sözügedən kontekstdən çıxaraq, həmin fikirlərə tamamilə başqa tərəfən yanaşması təbii qəbul olunmalıdır: "Bu adamlar üçün dövlətçilik anlayışı, dövlətin təhlükəsizliyi amili önəmli deyil. Yəni belə mühüm faktorlar onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Onlar öz mətbuatlarında özlərinə sərf edən mövzularla çıxış edirlər. Bu baxımdan, təəccüblü heç nə yoxdur".

Baş redaktor onu da xatırladıb ki, "Azadlıq"qəzeti bilavasitə xarici donorlar vasitəsilə işıq üzü görür və bir sıra Qərb siyasi dairələrinin maraqlarını müdafiə edərək, onların təlimatlarını reallaşdırmağa çalışır: "Bir qəzetin ki, hər səhifəsi bir xarici təşkilatın maliyyəsi ilə işıq üzü görə, həmin qəzetdə ölkənin milli maraqları haqda yazı və məqalə axtarmaq düşünürəm ki, sadəlöhvlük olardı".

Rövşən Nurəddinoğlu