İbrahim Uzunca: "Çox yaxşı mübarizə apardıq"

1 Sentyabr 2014 10:04 (UTC+04:00)

Topaz Premyer Liqasının 4-cü turunun son oyununda "Bakı" səfərdə "Qarabağ"la qarşılaşıb. SİA-nın məlumatına görə, ölkə çempionuna qarşı inamlı oyunu ilə diqqət çəkən paytaxt klubu 2:2 hesablı heç-heçəyə nail olaraq mövsümdə ilk xalı aktivinə yazıb. "Bakı"nın baş məşqçisi İbrahim Uzunca oyundan sonra mətbuat konfransında qarşılaşma barədə danışıb: "Hər həftə bir az daha yaxşı oynamağa çalışırıq. Mən futbolçularımın alnından öpürəm. Bu gün bir xal qazanmadıq, 2 xal itirdik. Çox yaxşı mübarizə apardıq, komandamı təbrik edirəm. Qazanılan xalı rəhbərliyə həsr edirəm. "Qarabağ"a isə növbəti Avroliqa oyunlarında uğurlar arzu edirəm.