Bakıda zəlzələ oldu

31 Avqust 2014 12:49 (UTC+04:00)

Azərbaycanın Xəzər sektorunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, saat 00:58:38-də, Qaladan 74 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Episentrdə zəlzələnin maqnitudasi 3,4, dərinliyi 57 km olub.

Zəlzələ hiss olunmayıb.