Atəş səsləri bu gecə də eşidildi

30 Avqust 2014 09:59 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Novruzlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.