Nazir Xaçmazda vətəndaşları qəbul edib

29 Avqust 2014 19:13 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Nazirlikdən SİA-ya verilən məlumata görə, avqustun 29-da səhiyyə naziri Oqtay Şirəliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Quba, Qusar, Şabran, Xaçmaz rayon sakinlərini qəbul edmişdir. Qəbul zamanı səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılıb. Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn 30-a yaxın vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.