"Neftçi" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün evdə "Partizan"la qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda bu komandalar arasında baş tutan ilk görüşdə Serbiya təmsilçisi 1:2 hesabı ilə qələbə qazanıb. Son Azərbaycan kubokunun qalibini 1:0 və ya 2:1 kimi minimal hesablı qələbələr də qane edəcəkdi. Ancaq Bakı təmsilçisi bu görüşdə 1:2 hesabı ilə məğlub olaraq Avroliqada mübarizəni dayandırıb. Oyunun sonlarında "Neftçi"nin futbolçuları intizamsız hərəkətləri ilə diqqət çəkiblər. Matçın 86-cı dəqiqəsində Ernost Nfor, 90+3 dəqiqədə Erik Ramos və Sesilyo Keue qırmızı vərəqə alaraq meydandan qovulub.
21:00. "Neftçi" (Azərbaycan) - "Partizan" (Serbiya) - 1:2
Qollar: Skuletiç, 24 (0:1), Julius Vobay, 58 (1:1), Skuletiç, 90+1 (1:2)
Qırmızı vərəqələr: Ernest Nfor, 86("Neftçi"), Erik Ramos, 90+3, Sesilyo Kaue, 90+3 (hər ikisi "Neftçi"), Skuletiç, 90+3 ("Partizan")
Baş hakim: Robert Şörgenhofer (Avstriya)
"Neftçi": Saşa Stamenkoviç, Karlos Kardoso, Denis Silva, Elvin Yunuszadə, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Erik Ramos, Sesilyo Kaue, Mirhüseyn Seyidov, Ernest Nfor
Ehtiyat oyunçular: Emil Balayev, Bruno Bertuççi, Nicat Qurbanov, Samir Məsimov, Cavid İmamverdiyev, Nikolas Kanales, Məqsəd İsayev
"Partizan": Lukaç, Vuliçeviç, Petroviç, Stankoviç (k), B. İliç, Brasanaç, A.Zivkoviç, Qrbiç, Drinçiç, Lazoviç, Şkuletiç
Ehtiyat oyunçular: Z. Zivkoviç, Ninkoviç ,Ostojiç, Markoviç, S. İliç, Pantiç, Fofana