Atəş səsləri bu gün də eşidildi

28 Avqust 2014 09:33 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.