“Pirallahı adası-quru” yatağında ilk horizontal quyu qazılır

27 Avqust 2014 12:52 (UTC+04:00)

Kompleks Qazma İşləri Tresti "Pirallahı adası-quru" yatağında 1211 nömrəli quyuda qazma işlərinə başlayıb. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi xəbərə görə, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1088 metrdir. Bu, bütün müasir texnika və texnologiyalardan istifadə edilməklə Trest tərəfindən qazılan ilk horizontal quyudur.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 10 ton neft hasil olunacaq.