Oğlunu bıçaqladı

26 Avqust 2014 13:46 (UTC+04:00)

Ailə-məişət münaqişəsi zəminində oğluna bıçaqla xəsarət yetirmiş Xaçmaz rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 26-da Xaçmaz rayonunun Hacıməmməd-oba kənd sakini Rasim Məmmədov oğlu Kamranın evində olarkən ailə-məişət münaqişəsi zəminində ona bıçaqla xəsarət yetirib.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.