"Tarix Bizi Yaşadır " layihəsinin təqdimatı olub

22 Avqust 2014 16:08 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Tarix Bizi Yaşadır " layihəsinin təqdimatı olub. SİA-nın məlumatına görə, təqdimata YAP GB ofisinin rəhbəri Əli Pənahov, ofisin əməkdaşları, Bakı Dövlət Universitetinin konfiliktologiya üzrə müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov, layihə rəhbəri Əli Qəmətzadə, gənclər, media nümayəndələri qatılıblar.

Təqdimat mərasimində çıxış edən YAP GB ofisinin rəhbəri Əli Pənahov layihə barədə məlumat verərək məruzəçi siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa, İbrahimovu gənclərə təqdim edib.

Məruzə ilə çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov belə layihələrin əhəmiyyətini vurğulayıb, gənclərə mövzu ilə bağlı fikirlərini çatdırıb.

Daha sonra Əlimusa İbrahimov gəncləri maraqlandıran sualları cavablandırıb.