"Microsoft" şirkəti sentyabrın sonu- oktyabrın əvvəlində "Threshold" kod adlı "Windows 9" əməliyyat sisteminin ilkin versiyasını nümayiş etdirməyə hazırlaşır. Rusiya KİV-lərinə istinadla xəbər verir ki, "Threshold"un ilkin versiyası hər kəs üçün əlçatan olacaq. Ekspertlərin proqnozuna görə, həm sensor ekran, həm də klaviatura və mausdan istifadə edilən kompyuterlərdə bir sıra yeni funksiyalar tətbiq olunacaq. "Threshold" 2015-ci ilin yazında "Windows 9" adı ilə təqdim ediləcək.