Bir neçə gündür "Facebook" hesablarında yeni virus yayılıb. Yayılan məlumatda "Facebook Color Scam" adlı proqramı yükləməklə facebook hesabınızın rənginin dəyişmək təklif olunur. Lakin bu zaman sizin hesabınıza düşür. Bu virus hesabınızı qısa bir zamanda ələ keçirərək, sizin adınızdan nə istəsələr paylaşılır və bəyənilir. Həmin paylaşımı dostlarınız bəyənəndə viruslara yenisi əlavə olunur. Facebook-un yarandığı gündən mavi rəngdə olduğunu bilirik. Ancaq yeni proqram sosial şəbəkəni qırmızı, sarı və yaşıl kimi fərqli rənglərə dəyişdirməyi təklif edir. Facebook hesabınızın rəngindən sıxılsanız belə bu proqramı yükləməməyiniz məsləhətdir.