6 rayonda qaz olmayacaq vətəndaşların nəzərinə

12 Avqust 2014 11:02 (UTC+04:00)

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, qaz nəqli sistemində payız-qış mövsümünə hazırlıq məqsədi ilə planlaşdırılmış təmir işlərinin aparılması ilə əlaqədar 2 gün müddətində Yardımlı rayonuna, eləcə də Lerik rayonunun bir hissəsinə, Qazax-Qazıməmməd magistral qaz kəmərində təmir işləri ilə əlaqədar işlər başa çatanadək Ağstafa rayonu və Tovuz rayonunun bir hissəsinə, saat 16:00-dək isə Goranboy şəhərinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.