Şabranda silah-sursat aşkarlandı

11 Avqust 2014 14:59 (UTC+04:00)

Şabran rayonu ərazisində silah-sursat aşkar edilib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Dəvəçi kəndinin ərazisində 1 ədəd "AKM" markalı avtomat, 152 ədəd avtomat patronu və 3 ədəd patron darağı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.