Murad Arif məşhur qrupa mahnı yazdı

11 Avqust 2014 13:40 (UTC+04:00)

Aparıcı-bəstəkar Murad Arif Türkiyənin məşhur qrupu "Enbe orkestrası" ilə işbirliyinə başlayıb. SİA-n ın verdiyi məlumata görə, Murad Arif bu haqda sosial şəbəkədə yazıb.

O, bəstəsinin qrupun yeni albomunda yer alacağını bildirib: "Bu orkestr Pavarotti, Barri Uayt, Qloriya Qaynoru müşayiət edib. Son bir neçə ildir türkiyəli musiqiçilərlə albom çıxarır. Məhz "Enbe orkestrası" sayəsində Mustafa Ceceli kəşf edilib. Bu qrupun yeni albomunda mənim də bəstəm olacaq".

Qeyd edək ki, Murad Arif alboma daxil olan mahnının adını hələlik sirr saxlayıb.