"Auto.CNews"un informasiya təhlükəsizliyi üzrə mütəxəsisləri Charlie Miller və Chris Valasek nəzəriyyə nöqteyi nəzərindən ən zəif avtomobil modellərinin siyahısnı tutublar. SİA-nın xəbərinə görtə, mütəxəsislərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, yeni "Jeep Cherokee", "Cadillac Escalade" və "Infiniti Q50" haker hücumuna ən davam gətirməyəcək ən zəif avtomobil modelləridir.
Bununla yanaşı mütəxəsislər ən kibertəhlükəsiz avtomobillərin adınıda çəkiblər, bu "Dodge Viper", "Honda Accord" və "Audi A8" modelləridir. Reytinq müəyyən edildikdə maşınlar sındırılmayıblar.
Las-Vegasda keçirilən "Black Hat 2014" konfransında təqdim edilən 92 səhifəlik məruzədə mütəxəssislər nəqliyyat vasitələrinin texniki sənədlərini və elektrik avadanlıqlarını oxuyaraq avtomobil şəbəkələrinin işini təhlil ediblər. Maşınların özləri səndırılmadığına görə, onlar əsalində tam təhlükəszidə ola bilər lər.
Məruzədə bildirilib ki, çoxsaylı simsiz kommunikasiyalarla təchiz edilmiş "Jeep Cherokee 2014" bədəməllər tərəfindən nəzarət alınmaq üçün açıqdır. Belə ki, "Jeep Cherokee"nin ən zəif bındi açarsız çıxış sistemi, Bluetooth-bağlantı, maşında yaradılmış Wi-Fi və mobil rabitə şəbəkələri, avtomobilin təkər qurşağında təzyiqin simsiz monitorinq qurğuları və elektron koməkçilərdir.
"Infiniti Q50 2014"də telematik və radiokomponentlər mühərrik və tormozla bir şəbəkə ilə bağlanılıb və bu şəbəkəyə eyni zamanda kruiz nəzarət və s. kompüterləşdirilmiş sistemlər qoşulub.
Mütəxəsislərin hesabatı ABŞ-ın nəqkliyyat nazirliyinə və avtomobil mühəndisləri cəmiyyətinə göndərilib. Bunun səbəbi brendləri şübhə altına almaq olmayıb, məqsəd şirkətlərin diqqətini informasiya təhlükəsziliyi məsələlərinə cəlb etməkdir ki, cəmiyyəti avtomobil nəqliyyatı sisteminə hücumlardan qorusunlar.