“Qarabağ” ilk oyununu doğma meydanda, “Neftçi” isə səfərdə keçirəcək

9 Avqust 2014 17:59 (UTC+04:00)

Futbol üzrə UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində Azərbaycan klublarının ilk oyunlarının keçirilməsi barədə qərar qəbul olunub.

Püşkün nəticəsinə görə, həm Hollandiyanın "Twente" komandası ilə qarşılaşmalı olan "Qarabağ", həm də Serbiyanın "Partizan" kollektivinə rəqib olan "Neftçi" ilk oyununu səfərdə keçirməli idi.

UEFA-nın qaydalarına görə, bir şəhərdə iki avrokubok matçının keçirilməsinə icazə verilmədiyindən təmsilçilərimizdən birinin ilk oyunu səfərdə keçirilməli idi. UEFA "Neftçi"nin "Partizan" ilə ilk qarşılaşmasının Serbiyada keçirilməsi haqqında qərar qəbul edib. "Qarabağ" isə Hollandiya klubu ilə püşkün nəticəsinə uyğun olaraq, evdə qarşılaşmalı olacaq.