Novruz Məmmədov: “Sabah prezidentlərin görüşü olacaq"

9 Avqust 2014 13:08 (UTC+04:00)

"Sabah Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz twitter səhifəsində bildirib.

N. Məmmədov bildirib ki, görüşdə Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar aparılacaq: "Danışıqlarda irəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacaq. Bu gün isə Azərbaycan və Rusiya Prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər".