Elektron imza kartı sifariş etməyin yeni qaydası

8 Avqust 2014 15:22 (UTC+04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imzanın (e-imza) tətbiq sahələrinin genişləndirilməsi, ondan istifadənin sadələşdirilməsi, eləcə də informasiya emalı işinin sürətləndirilməsi istiqamətində işləri uğurla davam etdirir. RYTN-dən SİA-ya verilən məlumata görə, artıq istənilən vətəndaş "e-imza.az" saytına daxil olaraq, internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə, elektron imza kartı sifariş edə bilər. Bundan başqa sənədin veb üzərindən onlayn imzalanması xidmətinin beta versiyası üzərində iş yekunlaşmaqdadır.

Sahə mütəxəssisləri həmçinin, informasiyanın emalı və ötürülməsinin sadələşdirilməsi üzərində də işləyir.